Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Quruculuq işləri ilə paralel olaraq müxtəlif enerj layihələrinin həyata keçirilməsi də ölkə iqtisadiyyatına töhfələr verən ən güclü amillərdəndir

0

  •        44 günlük Vətən müharibəsində zəfər çalmış Azərbaycanın qarşısında 30 il ərzində vəhşi düşmən tərəfindən dağıdılmış, talan edilmiş yaşayış məntəqələrinin, infrastrukturun bərpası üçün çox böyük işlər durur. Müharibədə Vətən torpaqlarını qısa zamanda mənfur​ düşməndən azad etməyi qarşısına məqsəd qoyan və buna nail olan Ali Baş Komandan İlham Əliyev, müharibədən sonra eyni qətiyyətlə ölkə Prezidenti kimi quruculuq işlərinə başlanmasına start vermişdir. Bu baxımdan quruculuq işləri ilə paralel olaraq müxtəlif enerj layihələrinin həyata keçirilməsi də ölkə iqtisadiyyatına töhfələr verən ən güclü amillərdəndir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​                  Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsi Salmanla birlikdə Xızı- Abşeron Külək enerji stansiyasının təməlqoyma mərasimində iştirak etmişlər. Təməlqoyma mərasimində çıxış edən ölkə Prezidenti həyata keçiriləcək bu layihənin ölkə iqtisadiyyatına mühüm töhfə verəcək ən əhəmiyyətli layihələrdən biri olacağını vurğuladı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​          Məlumdur ki, indi dünyada bərpa olunan enerji resurslarından istifadəyə daha böyük əhəmiyyət verilir. Çünki bu enerji qaynaqları həm ekoloji cəhətdən, həm də maya dəyəri baxımından daha sərfəlidir. Nəzərə alsaq ki, Xəzər dənizi Abşeron yarımadasının küləklə zəngin olan ərazilərindən biridir, onda bu layihənin ölkə iqtisadiyyatı üçün nə qədər sərfəli bir layihə olduğu gözlərimiz önündə daha aydın şəkildə canlanır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Stansiyanın təməlqoyma mərasimində çıxışı zamanı cənab İlham Əliyev qeyd etdi ki, bu stansiya 240 meqavat gücündə elektrik enerjisi istehsal edəcək. Bunun nə qədər böyük bir layihə olduğunu təsəvvür etmək üçün qeyd etməliyəm ki, bu respublikamızın bütün enerji təsərrüfatının böyük bir hissəsini təşkil edəcək. Bu kimi enerji layihələri bütün Qafqazda enerji ehtiyatları baxımından lider olan Azərbaycanı bu baxımdan daha da güclü bir dövlətə çevirir. Hazırda bizim özümüzü tam təmin edən və eyni zamanda qonşu dövlətlərə sata biləcəyimiz həcmdə zəngin elektrik enerjisi ehtiyatımız var.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       ​ Ölkə Başçımız Azərbaycan iqtisadiyyatına investisiya qoyan, belə iri layihələrin həyata keçirilməsində daim ölkəmizin yanında olan Səudiyyə Ərəbistanı dövlətinə və bu ölkənin kralına təşəkkür edərkən vurğuladı ki, indiyə qədər bir müsəlman ölkəsi olaraq, eyni zamanda İslam Əməkdaşlıq Şurasının üzvü olaraq Səudiyyə Ərəbistanı beynəlxalq miqyasda daim Azərbaycanın yanında olmuş, onun haqq işini dəstəkləmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​              Ölkə Prezidenti çıxışı zamanı onu da əlavə etdi ki, Azərbaycanın investisiya yatırmaq üçün ən etibarlı dövlətlərdən biridir. Biz təkcə atılan imzalara deyil, həm də verdiyimiz sözə sadiqik. Qeyd etdiklərimi 1994-cü ildə imzaladığımız Əsrin Müqaviləsi parlaq şəkildə sübut edir. Həmin müqavilədə nəzərdə tutulmuş bütün işlər indiyə qədər birə-birhəyata keçirilmişdir. Cənab İlham Əliyevin bu fikri eyni zamanda dünya ölkələrinə Azərbaycanın həm etibarlı tərəfdaş, həm də sərmayə qoyuluşu üçün əlverişli ölkə olmasına bir mesaj idi. Bu mesaj da yaxın gələcəkdə ölkədə aparılan quruculuq işlərinə öz töhfəsini verəcəkdir.​Nəzakət İsmayılova, ​ ​ ​ ​ ​ ​Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib41 dəfə
    Quruculuq işləri ilə paralel olaraq müxtəlif enerj layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatına töhfələr verən ən güclü amillərdəndir

    Maraqlı gələ bilər
    31
    33
    0
    30
    37
    31
    34